BAKI,TurkicWorld
6 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun buraxılış həcmi 50,000,000 (əlli milyon) manat dəyərində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
TurkicWorld xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayıb.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitent | Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu |
| İstiqrazın növü və forması | Faizli, ipoteka istiqrazları |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2109008683 |
| İstiqrazın sayı | 50 000 (ədəd) |
| Nominal qiyməti | 1,000.00 manat |
| Buraxılış həcmi | 50 000 000 manat |
| Hərrac qiyməti | 1 000.00 manat |
| İllik gəlirlilik faizi | 3.25% |
| Reallaşdırılmış həcmi | 50 000 000 manat |
| Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 50 000 000 manat |
| İnvestor sayı | 1 |
| Sifarişlərin sayı | 1 |
| Ödəmə Periodu | 180 gündən bir (6 aydan bir) |
| İstiqrazların tədavül müddəti | 7200 gün |
| Anderrayter | “İnvest-Az İ.Ş.” QSC |