EN

ABŞ-da helikopter qəzaya uğradı

Yazını böyüt
Yazını kiçilt

Amerika Birləşmiş Ştatlarının Arizona ştatının Flaqstaff şəhərində helikopter qəzaya uğrayıb.

Hafta.az xəbər verir ki, bu barədə Amerika KİV-i məlumat yayıb.

İnsident nəticəsində helikopterin pilotu və bir polis əməkdaşı həlak olub.

Məlumata görə, helikopter çağırış üzrə hadisə yerinə gəlmiş polis əməkdaşlarına havadan taktiki dəstək göstərirdi.

Polislər zərərçəkmişi dindirən zaman şübhəli şəxs evin damından atəş açıb. Təxminən iki saat davam edən atışma zamanı hücumçu yaralanıb və sonradan saxlanılıb.

Hüquq-mühafizə orqanları şübhəli şəxsin helikopterə də atəş açma versiyasını da istisna etmirlər. Lakin bu məlumat hələlik təsdiqlənməyib.

Chosen
22
hafta.az

1Sources