EN

İngiltərə nəhəngləri 100 milyonluq futbolçunu hədəfə aldı

Braziliyanın “Korintians” klubunun yarımmüdafiəçisi Breno Bidon İngiltərənin top-klublarından birində çıxış edə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 20 yaşlı futbolçu ilə Londonun “Arsenal” klubu maraqlanır. “Topçular”a rəqabət yarada biləcək digər paytaxt təmsilçisi isə “Çelsi”dir.

Qeyd olunur ki, Bidonun müqaviləsində 100 milyon avroluq sərbəstqalma məbləği göstərilib. Bununla belə, “Korintians” yay transfer pəncərəsində futbolçunu təxminən 30 milyon avroya satmağa hazırdır.

Chosen
64
1
publika.az

10Sources