Yazını böyüt
Yazını kiçilt
Pakistanın paytaxtı İslamabadda baş vermiş partlayış nəticəsində ən azı 31 nəfər ölüb.
Hafta.az "Dawn"a istinadən xəbər verir ki, partlayış nəticəsində 169 nəfər yaralanıb.
14:58
Pakistanın paytaxtı İslamabadda məsciddə cümə namazı zamanı partlayış baş verib.
Hafta.az “Geo News”a istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 15 nəfər həlak olub, 80-dən çox insan yaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Hadisə yerində polis və xilasedicilər çalışır.