EN

Lavrov rusiyalı generalın güllələnməsini danışıqları pozmaq cəhdi adlandırıb

Rusiya xarici işlər naziri Sergey Lavrov Silahlı Qüvvələrin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəis müavini general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdini danışıqları pozmaq təşəbbüsü adlandırıb.

Herbiand.az xəbər verir ki, Lavrov general Alekseyevə qarşı sui-qəsd cəhdinin Kiyevin danışıqları daim pozmaq əzmini bir daha təsdiqlədiyini söyləyib.

Rusiya XİN başçısı bu məlumatı ATƏT rəhbərliyi ilə görüşün əvvəlində eşitdiyini bildirib: "Mən hansısa proqnozlar verməyə hazırlaşmıram. Bu mənim funksiyam deyil. Bunu ölkəmizin rəhbərliyi həll edəcək. Bu, terror aktıdır, növbəti dəfə Zelenski rejiminin daima təxribat törətmək, danışıqlar prosesini pozmaq əzmini təsdiqləyir".

Chosen
16
1
herbiand.az

2Sources