EN

AFFA İmişli komandasına texniki məğlubiyyət verdi

AFFA Region Liqasında çıxış edən iki komandaya texniki məğlubiyyətlə cəzalandırıb.

Fanat.Az xəbər verir ki, qərar milli assosiasiyanın İntizam Komitəsinin son iclasında çıxarılıb.

İmişlinin "Araz" komandası "Hacıqabul" kollektivi ilə görüşün 86-cı dəqiqəsində meydanı tərk etdiyi üçün bu halla üzləşib. Oyun başa çatmadığından bölgə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

"Crystal" isə "Samur"la qarşılaşmada təyin olunan vaxtda meydana çıxmayıb. Bu səbəbdən onlar da 0:3 hesablı texniki məğlubiyyətə məruz qalıblar.

Chosen
6
9
fanat.az

10Sources