EN

Bu komandaya texniki məğlubiyyət verildi

AFFA Region Liqasında çıxış edən iki komandaya texniki məğlubiyyət verilib. Metbuat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıbİmişlinin "Araz" komandası "Hacıqabul" kollektivi ilə görüşün 86-cı dəqiqəsində meydanı tərk etdiyi üçün bu halla üzləşib. Oyun başa çatmadığından bölgə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

"Crystal" isə "Samur"la qarşılaşmada təyin olunan vaxtda meydana çıxmayıb. Bu səbəbdən onlar da 0:3 hesablı texniki məğlubiyyətə məruz qalıblar.

Chosen
9
9
metbuat.az

10Sources