EN

“İdrak”ın direktoru Baş Prokurorluğu və Daxili İşlər Nazirliyini ələ salır?

“İdrak” liseyinin təsisçisi Mönsüm Ədil oğlu Alışov və direktor Natəvan Üzeyim qızı Alışova valideynlərə mesaj göndərib ki, guya liseydə heç nə baş verməyib və yayılan xəbər təxribatdır...

Poliqon xəbər verir ki, müəllimi şagirdi tərəfindən güllələnən “İdrak” liseyinin təsisçisi Mönsüm Ədil oğlu Alışov və direktor Natəvan Üzeyim qızı Alışova guya bic tərpənib, bütün valideynlərə və hadisə barədə yazan jurnalistlərə vərəqə paylayıb, məlumat yayıb ki, guya liseydə heç nə baş verməyib.

Bu nə ələsalmadır, bu nə oyundur? Baş Prokurorluq, DİN rəsmi məlumat yayıb ki, şagird müəllimini atasının tüfəngi ilə güllələyib, müəllimə xəstəxanada ölümlə çarpışır, direktor və təsisçi isə feyk məlumat paylaşır ki, liseydə belə şey olmayıb. Bilmirik, bəlkə media Venesuelada baş verənlərlə “İdrak”da baş verənləri səhv salıb?! Hər şey ola bülər…

Nə isə! Baş Prokurorluq fakt üzrə istintaq aparır, mane olmayaq! Daha doğrusu, mane olmasınlar… (Təzadlar)

Chosen
36
1
poliqon.info

2Sources