EN

AFFA bu klubları cərimələdi

Misli Premyer Liqasında çıxış edən "Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib. Metbuat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb."Karvan-Yevlax" 1000 manat ödəyəcək. Yevlax təmsilçisi XVIII turda "Sumqayıt"la oyunda əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələblərini pozduğu üçün ziyana düşüb. "Kəpəz" də "Şamaxı" ilə qarşılaşmaya görə eyni səbəbdən 1000 manat cərimələnib. Gəncə klubu əlavə 5000 manat da ödəməli olacaq. Sözügedən qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olub və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlanıb.

"Turan Tovuz" isə "Qarabağ"la matçda altı nəfər sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.

Chosen
7
10
metbuat.az

10Sources