EN

ABŞ-İran danışıqları birbaşa deyil

Oman paytaxtında ABŞ-İran danışıqları birbaşa deyil, vasitəçi vasitəsilə davam edir.

"Yeni Sabah" IRIB-ə istinadla xəbər verir ki, İran tərəfini xarici işlər naziri Abbas Əraqçi təmsil edir. 

Qarşı tərəf ABŞ Prezidentinin xüsusi nümyəndəsi Stiv Uitkoff, Donald Trampın kürəkəni Cared Kuşner və CENTCOM komandanı admiral Bred Kuperdən ibarətdir.

Tehran və Vaşinqton təmsilçiləri bir-bir Omanın xarici işlər naziri Bədr Əlbusəidə mesajlarını çatdırır və o, tərəflərlə təkbətək görüşdə mövqeləri çatdırır.

Hələlik müzakirələrdə yeganə mövzu İranın nüvə proqramıdır.


Telegram kanalımız
Chosen
12
yenisabah.az

1Sources