Xalq artisti Brilliant Dadaşovanın Aisellə oxuduğu “Ayrı düşdük” mahnısı oğurlanıb.
Publika.az xəbər verir ki, bu barədə ifaçı İnstaqram hesabında paylaşım edib.
O bildirib ki, Keti Xuçişvili adlı gürcü müğənni mahnını oxuyub və müəllifin kimliyini qeyd etməyib.
“Gürcü müğənnisi musiqimizi oğurlayıb oxuyub. Üstəlik hər yerdə bizim musiqimizi gürcü mahnısı kimi təqdim edir”, - Xalq artisti bildirib.