EN

“”Ailə institutu” deyəndə ağız büzür, hətta üz turşudurlar” SOSİOLOQ

ain.az bildirir, Gununsesi portalına istinadən.

“Ailə institutu hər şeydən öncə insan yetişdirən müəssisədir”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri sosioloq Yusif Nəbiyev deyib:

“Bəzən ultra müasir fərdlər “Ailə institutu” deyəndə ağız büzür, hətta üz turşudurlar. Amma ailə hər şeydən öncə insan yetişdirən bir müəssisədir.

Bəzən iddia edirlər ki, bu funksiyanı dövlətlər də yerinə yetirə bilər. Amma ağıllı insanlar Epşteyn sənədlərinin ifşasına ehtiyac duymadan başa düşür ki, dövlətlər və korporasiyalar şəxsi güc və iqtidar marağı ilə zəhərlənir, deviant maraq və həvəslərə sahibdir.

Heç biri övladın təlim və tərbiyəsini əmanət edəcək qədər saf və məsum deyil. Heç bir dövlət və ya özəl təhsil müəssisəsi mənim övladımı və onun xoşbəxtliyini təmin edə bilməz. Hər biri öz gündəm və marağını güdür.

Övladın xoşbəxtliyi üçün özünü qurban verə biləcək tək institut ailədir. Heç bir dövlət və ya şirkət ailə deyil”.

Sosioloq vurğulayıb ki, bir fəaliyyət ailə institutunu möhkəmləndirməyə xidmət etmirsə, səmimi sayılmamalıdır:

“Saf və məsum deyil. Niyyəti xoş deyil. Ən dəqiq indikator bu olmalıdır. Bu linzalarla ətrafınıza baxın: ailəyə xidmət edən hər şey insanlığa xidmət edir, ailəyə zərbə vuran isə insanlığın düşmənidir”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
73
icma.az

1Sources