EN

Burada aparıcı rol yenə də universitetin üzərinə düşür Təhsil eksperti

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Universitet universitet olaraq qalmaq, tələbə cəlb etmək və rəqabətdə geri qalmamaq istəyirsə, bazarın ehtiyac duyduğu təhsil xidmətlərini tələbələrinə təklif etməlidir. Eyni zamanda tələbələr də bazarın tələb etdiyi bilikləri, savadı, səriştə və bacarıqları əldə etməyə çalışmalıdırlar. Amma burada aparıcı rol yenə də universitetin üzərinə düşür. Çünki tələbə çox vaxt bu yaşda əmək bazarının real tələblərini tam dərk edə bilmir. Universitet isə bu boşluğu görməli, məsuliyyəti üzərinə götürməlidir”.

Bu fikri 525.az-a təhsil eksperti Qoşqar Məhərrəmov deyib. O bildirib ki, əgər universitet giriş qapısını geniş, çıxış qapısını isə dar etsə, yəni hər kəsi qəbul edib keyfiyyətli savadla məzun etsə, müəssisə və şirkətlərlə real əməkdaşlıq quraraq tələbənin ehtiyac duyacağı səriştələri ona qazandırsa, düşünürəm ki, bu modeldə hər kəs qazanar:

“Həm universitet, həm tələbə, həm də əmək bazarı. Nəticədə cəmiyyət daha rifahlı, daha dayanıqlı və maddi baxımdan daha güclü olar".

Sevinc Qarayeva

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
525.az

1Sources