EN

Bakı və İrəvanda saziş hazırlığı: Azərbaycanın tələbi nəzərə alınır

Turkstan.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp vitse-prezident CeymsDevid Vensə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hazırlamaq tapşırığı verib.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

ABŞ vitse-prezidentinin fevralın 9-dan başlayaraq Ermənistana və Azərbaycana səfər edəcəyini nəzərə alsaq, yayılan xəbərdən Vensin İrəvanda və Bakıda aparacağı danışıqlarda sülh sazişinin mühüm yer alacağını söyləmək olar.

Qeyd edək ki, C.D.Vensin səfər proqramında birinci yeri “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşutu”nun, yəni Zəngəzur dəhlizinin ABŞ ilə Ermənistanın birgə yaratdığı “TRIPP Development” şirkəti tərəfindən idarə edilməsinə dair sazişin imzalanması tutur.

Azərbaycanla-Ermənistan arasında yekun sülh müqaviləsinin hazırlanması vitse-prezidentlə görüşün gündəliyində ən mühüm məsələlərdən biri kimi dayanır. Ancaq “Associated Press”-in yaydığı xəbər sülh məsələsinin ABŞ Prezidenti Tramp üçün arxa plana keçmədiyini göstərir.

Yəni Donald Tramp kommunikasiyaların açılmasının başlıca şərti kimi ABŞ şirkətlərinin investisiya qoyacağı regionda sabitliyin olmasını istəyir. Bu isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını tələb edir.

Azərbaycan və Ermənistan liderləri ötən il avqustun 8-də Vaşinqtonda prezident Trampın iştirakı ilə sülh sazişini paraflayıb. Lakin Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı ərazi iddiaları yekun müqavilənin imzalanmasına əsas maneə olaraq qalır.

Çox güman ki, vitse-prezident C.D.Vensin Azərbaycana səfəri zamanı aparılan danışıqlarda Ermənistan konstitusiyasına dəyişikliyin vacibliyi məsələsi qaldırılacaq. Bu da Azərbaycanın şərtinin qəbul edilməsi imkanlarını asanlaşdıra bilər.

Çünki ABŞ bölgədə sülhə əngəl ola biləcək və münaqişəyə rəvac verəcək hər hansı səbəbin qalmasında maraqlı deyil. Vensin Ermənistana və Azərbaycana sülhün əldə edilməsi üçün konkret təkliflər təqdim edəcəyi də istisna edilmir.

Amma Ermənistan konstitusiyasından və qanunvericiliyindən Azərbaycana qarşı ərazi iddiaları çıxarılmadan rəsmi Bakının yekun sülh sazişinə imza atacağı inandırıcı görünmür. Ona görə də Ermənistan konstitusiyasının mart ayında dərc olunacaq yeni mətninə preambulanın daxil edilməyəcəyi ehtimalı artır.

Ümumilikdə, ABŞ-nin vitse-prezidentinin bölgəyə gəlişi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər.

Əgər mart ayında dərc olunacaq yeni mətndə preambulanın çıxarıldığı təsdiqini taparsa, yaz aylarında sülh sazişinin imzalanacağınıproqnozlaşdırmaq olar. /Cebheinfo.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
2
icma.az

3Sources