EN

50 il Rusiyaya gedə bilməyəcək

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qazaxıstanlı yumor ustası Nurlan Saburova 50 il müddətinə Rusiyaya giriş qadağan edilib.

Axşam.az xəbər verir ki, 34 yaşlı Saburov Dubaydan gələn zaman Moskvanın Vnukovo hava limanında saxlanılıb.

Onun Rusiyaya girişinə icazə verilməyib. 

Bildirilib ki, qərar ölkənin milli təhlükəsizliyi maraqları naminə qəbul edilib. Həmçinin qeyd olunur ki, guya yumor ustası Rusiyada qazandığı pulları vasitəçilər yardımı ilə yuyub. Bəzi mənbələrə görə, onun Rusiyadakı əmlakının dəyəri 60 milyon rubldan çoxdur.

"Baza" teleqram kanalının məlumatına görə, Saburova qarşı sanksiyalar onun Xüsusi Hərbi Əməliyyatı tənqid etməsi, eləcə də miqrasiya və vergi qanunvericiliyini pozması ilə bağlı olub. Keçən il stendapçı Rusiyada icazə verilən qalma müddətini aşıb. O zaman ona cərimə kəsilmiş və ölkəni tərk edib qaydalara uyğun şəkildə yenidən daxil olması üçün iki həftə vaxt verilib.

Daha əvvəl də Saburov hərbi əməliyyatlarla bağlı birmənalı qarşılanmayan fikirlərinə görə konsertlərinin ləğvi ilə üzləşib. Belə ki, Saburov2022-ci ilin payızında Almatıda Rusiyadan Qazaxıstana köçən ruslar haqqında zarafat edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
axsam.az

1Sources