EN

Pezeşkiandan Xameneinin adamı ilə bağlı ilginc qərar: Bakını təhdid etmişdi, lakin...

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran Prezidenti Məsud Pezeşkianın ölkənin ali lideri Ayətullah Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxanini yeni vəzifəyə təyin etməsi maraqla qarşılanıb. Prezidentin sərəncamı ilə Əli Şamxani İranın Müdafiə Şurasının katibi postuna gətirilib.

Pezeşkianın daha əvvəl Azərbaycanı təhdid edən şəxsi yüksək vəzifəyə təyin etməsi suallar doğurur.

Bu addım Bakıya qarşı siyasi demarşdır, yoxsa sıradan bir kadr təyinatı?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan deyibki, Əli Şamxani İran hakimiyyətinin etibarlı kadrlarından hesab olunur:

“Düzdür, onun barəsində “ingilis casusu”, korrupsiyalaşmış fiqur olması ilə bağlı iddialar mövcuddur. Bununla belə, sonrakı proseslərdə o, hakimiyyətə sədaqətini sübut etdi. Onun oğlu ilə bağlı yayılan fikirlər, dəbdəbəli həyat tərzi və qolundakı çox bahalı saatla bağlı deyilənlər də zaman-zaman müzakirə mövzusu olub.

12 günlük müharibə zamanı Şamxaninin öldüyünə dair xəbərlər yayılmışdı. Daha sonra bu məlumat təkzib olundu, sadəcə yaralandığı bildirildi. Əli Şamxani İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı olub, bir müddət müdafiə naziri vəzifəsində çalışıb. Daha sonra Milli Təhlükəsizlik Şurasının katibi təyin edilmişdi.

Sədrəddin Soltan

Onun bu vəzifəyə gətirilməsi əsasən hərbi sahədə, xüsusilə də donanma üzrə təcrübəsi ilə bağlıdır. Şamxaninin Azərbaycana qarşı əvvəllər səsləndirdiyi fikirlərlə bu təyinat arasında birbaşa əlaqə olduğunu düşünmürəm.

İranda Xameneidən tutmuş istənilən yüksək vəzifəli şəxs Azərbaycanla bağlı iddialı, hətta təhdid xarakterli açıqlamalar verə bilər. Müdafiə Şurası 10 günlük müharibədən sonra yeni təhlükələrə cavab vermək məqsədilə yaradılıb. Bu qurum Milli Təhlükəsizlik Şurasının nəzdində fəaliyyət göstərir. Şuranın katibi Əli Laricanidir, sədri isə İran Prezidenti Məsud Pezeşkian sayılır. Prezident eyni zamanda Müdafiə Şurasının rəhbəri funksiyasını da icra edir”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
globalinfo.az

1Sources