EN

Rusiyada general güllələndi

Moskvanın şimal-qərbində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin  (QRU) birinci müavini, Rusiya Qəhrəmanı, general-leytenantı Vladimir Alekseyevə sui-qəsd cəhdi edilib.

Ölkə.az Rusiya media resurslarına istinadən xəbər verir ki, bu barədə  RF İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko məlumat verib. 

O qeyd edib ki, güllələnən generl-leytenant xəstəxanalarından birinə yerləşdirilib. Generalın vəziyyətinin ağır olduğunu bildirilir.

Onun sözlərinə görə, fevralın 6-da Volokolamsk şossesindəki yaşayış binasında naməlum şəxs generala bir neçə dəfə atəş açıb və sonra hadisə yerindən qaçıb.

“Mash” tekegramının məlumatına görə, Alekseyev səhər saat yeddidə binanın lift foyesində arxadan vurulub. Generalı vuran naməlum şəxs hadisə yerindən qaça bilib. 
İstintaq Komitəsi  hadisə ilə bağlı cinayət işi açıb. 

“Mash” xəbər verir ki, Alekseyev 2011-ci ildən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin birinci müavini vəzifəsində çalışıb, 2017-ci ildə Rusiya Qəhrəmanı adına layiq görülüb.

 Mürtəza

Chosen
68
olke.az

1Sources