Psixoloq Səfəq Qədərli TikTok hesabında etdiyi paylaşım ilə diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, o, sosial şəbəkədə apardığı paylaşımla aparıcı Səidə Bəkirqızına atmaca atıb. Səfəq Qədərli paylaşımına yazdığı qeydlə izləyicilərin marağına səbəb olub.
"Mənə mesaj bölümündə təhqir yazan Səidə Bəkirqızı, səni məhkəməyə versəm bəs? Deyirsən ki hər şeyi düz deyirəm. Dediyin kimi kişi qızısansa, cəmiyyətə jurnalist diplomunu göstər!".
Sözügedən paylaşım qısa zamanda sosial mediada yayılaraq müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər psixoloqun fikirlərini dəstəkləsə də, digərləri tənqid ediblər. Paylaşım ətrafında geniş müzakirələr yaranıb.(Milli.Az)