EN

Dünyanın ən bahalı ayağı: Hər barmağı 5,4 milyon dollar

Bu, sözün əsl mənasında incəsənət tarixində ən bahalı ayaqdır. 

Mikelancelonun çılpaq kişi ayağının miniatür rəsmi Nyu-Yorkda keçirilən hərracda 27,2 milyon dollara satılıb və bütün zamanların rekordunu qırıb. Bu, rəssamın indiyə qədər hərracda satılan ən bahalı əsəridir.

“Cebheinfo.az” xəbər verir ki, şah əsər (cümə axşamı günü ekspertlərin gözləntilərini təxminən 20 dəfə üstələyib:

Cəmi 12 santimetr ölçüsündə olan kiçik rəsm qırmızı təbaşirlə işlənib və XVI əsrdə Romadakı Sikstin Kapellasının freskaları üzərində işləyərkən Mikelancelo üçün poza verən bir kişinin ayağını təsvir etdiyi deyilir.

Əslində, hər barmaq alıcıya təxminən 5,4 milyon dollara başa gəlib.Əsər tamamilə təsadüfən aşkar edilib. Şimali Kaliforniyadan olan sahibi onu 2002-ci ildə nənəsindən miras alıb. Onun sözlərinə görə, rəsm ailədə ən azı 18-ci əsrin sonlarından qalıb.

Keçən ilin fevral ayında o, tapıntını təsdiqlənməsi üçün “Christie's Old Masters” mütəxəssisi Jada Damenə təhvil verib. "Düşündüm ki, bu rəsm çox inandırıcı görünür. XVI əsrə aid bir hiss var idi'", -deyə Damen “New York Times” qəzetinə deyib.

Rəsm imzasızdır, ona görə də ekspert şəxsən sahibini əsəri tam müayinə üçün Nyu-Yorka göndərməyə razı salmaq üçün Kaliforniyaya uçub. Testlər onun orijinal Mikelancelo əsəri olduğunu təsdiqləyib.

Rəsm  “Christie's”-də anonim bir alıcıya satılıb.

Chosen
19
cebheinfo.az

1Sources