EN

SOCAR tərəfdaş şirkətlərlə sənaye təhlükəsizliyi üzrə təcrübə mübadiləsi apardı

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Uzbekneftegaz” SC,“KazMunayGaz” SC və “Tatneft” PJSC şirkətlərinin nümayəndələri iləbirgə SOCAR-ın istehsalat müəssisələrindən biri olan Karbamidzavodunu ziyarət ediblər.

Trend bubarədə “SOCAR Downstream”a istinadən xəbər verir.

Bildirilib ki, ötən ilin martın 4-də Azərbaycan Dövlət NeftŞirkəti (SOCAR), “Uzbekneftegaz” SC, “KazMunayGaz” SC və “Tatneft”PJSC arasında sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və fövqəladəhalların idarə olunması sahəsində əməkdaşlığa dair imzalanmışMemorandum çərçivəsində təcrübə mübadiləsi davam etdirilir.

Qeyd edilib ki, Memorandumun müddəalarına uyğun olaraq,şirkətlər arasında nəzərdə tutulan təcrübə mübadiləsi 2025-ci ilərzində uğurla həyata keçirilib və planlaşdırılan bütün tədbirləricra olunub.

Vurğulanıb ki, əməkdaşlığın davamı olaraq, tərəfdaş şirkətlərinnümayəndələri fevralın 4-də SOCAR-ın istehsalat müəssisələrindənbiri olan Karbamid zavodunu ziyarət ediblər. Ziyarət çərçivəsindəqonaqlara zavodun fəaliyyəti haqqında ümumi məlumat verilib,rəqəmsal həllər, sənaye və ekoloji təhlükəsizlik, əməyin mühafizəsivə sağlamlıq sahəsində tətbiq olunan qabaqcıl təcrübələr təqdimolunub.

“Görüş zamanı bu istiqamətlər üzrə ətraflı müzakirələr aparılıb,təcrübə və bilik mübadiləsi həyata keçirilib. Tərəflər sənayetəhlükəsizliyi və əməyin mühafizəsi sahəsində əməkdaşlığıngenişləndirilməsinin vacibliyini vurğulayıblar”, - məlumatda qeydedilib.

Məqalədə:
Chosen
11
1
az.trend.az

2Sources