EN

Çin “Starlink”ə qarşı silah hazırladı - Dünyada ilk

Çin Amerikanın "Starlink” peykləri də daxil olmaqla, aşağı Yer orbitindəki peyklərin fəaliyyətini poza bilən dünyanın ilk mikrodalğalı silahı - TPG1000Cs hazırlayıb.

Aktual.az xəbər verir ki, bu barədə "Souz Çayna Morninq Post” qəzeti məlumat yayıb.

Məlumata görə, bu silah bir dəqiqə ərzində 20 giqavat güc verməyə qadirdir:

"Onun uzunluğu 4 metr, çəkisi 5 tondur. Yük maşınına, gəmiyə, təyyarəyə və ya peykə quraşdırıla bilər”.

Chosen
10
1
ulusum.az

2Sources