ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Çox ağır qrafikdəyik". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl dövlət televiziyasına açıqlamasında deyib.
Funksioner Misli Premyer Liqasında "Neftçi" ilÉ™ oynayacaqları matçın tÉ™xirÉ™ salınmasını istÉ™diklÉ™rini söylÉ™yib:Â
"Neftçi" ilə daim təmasdayıq. "Neftçi"dən xahiş edirik ki, imkan varsa, oyun təxirə salınsın. Amma qərar onlarındır. Hər bir qərarlarına böyük ehtiramla yanaşacağıq".
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu fevralın 18-də Bakı "Nyukasl"a qarşı keçirəcək. Ağdamlılar fevralın 21-də "Neftçi" ilə, 24-də İngiltərədə "Nyukasl"la üz-üzə gələcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.