EN

Yüksək Liqa: XII turun daha bir oyunu keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XII turun daha bir oyunu keçiriləcək.

Fanat.Az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Murov Az Terminal" ilə "DH Volley" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. 

Qarşılaşma saat 15:00-da "Murov Az Terminal"ın idman zalında start götürəcək.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Azərreyl" UNEC-ə (3:1), "Turan" "Gəncə"yə (3:1) "Milli Aviasiya Akademiyası" isə "Abşeron"a (3:1) qalib gəlib.

Chosen
12
fanat.az

1Sources