EN

Son 5 ildə peşə təhsilinə qəbul olunan ən yaşlı tələbənin neçə yaşı olub?

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 6 fevral, Aysel Azadqızı, AZƏRTAC

Son beş ildə peşə təhsilinə qəbul olunan ən gənc və ən yaşlı tələbələrin yaş göstəriciləri açıqlanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, 2025/2026-cı tədris ilində peşə təhsilinə qəbul olunan ən gənc tələbənin 14, ən yaşlı tələbənin isə 79 yaşı olub.

Qurumun məlumatına görə, 2021/2022-ci tədris ilində ən gənc tələbə 18, ən yaşlı tələbə 71 yaşında qeydə alınıb. 2022/2023-cü tədris ilində də bu göstəricilər dəyişməyərək ən gənc tələbə 18, ən yaşlı tələbə isə 71 yaşında olub.

2023/2024-cü tədris ilində ən gənc tələbənin 16, ən yaşlı tələbənin isə 74 yaşı olub. 2024/2025-ci tədris ilində isə peşə təhsilinə qəbul olunan ən gənc tələbə 15, ən yaşlı tələbə isə 71 yaşında olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
4
azertag.az

5Sources