Omanda ABŞ-İran danışıqları başlayıb.
APA xəbər verir ki, görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşner iştirak edir.
İran nümayəndə heyətinə isə ölkənin xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.
Qeyd edək ki, bu danışıqlar iyun ayında İsraillə İran İslam Respublikası arasında 12 günlük müharibədən sonra bir neçə aylıq fasilədən sonra tərəflər arasında ilk rəsmi görüşdür.