EN

Uzaqgörən və praqmatik siyasətin məntiqi nəticəsi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qalibləri arasında Azərbaycan Prezidenti İlham Əlievin də olması hər bir soydaşımızda qürur hissi yaradıb.2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib. Bu nüfuzlu mükafat Cənubi Qafqazda uzun müddət davam edən münaqişəyə və humanitar əzablara son qoyan - “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib. “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın yalnız güclü dövlət deyil, həm də sülh və dialoq təşəbbüskarı kimi tanındığını təsdiqləyir.

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Tədbirdə qeyd edildi ki, bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçib. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur. Bu mükafat humanizm, dinlərarası dialoq, tolerantlıq və sülh təşəbbüslərini təşviq edən nüfuzlu beynəlxalq platformadır. Bu mükafata layiq görülmək o deməkdir ki, təqdim olunan lider yalnız milli siyasətdə deyil, qlobal miqyasda sülh və əməkdaşlıq gündəliyinə real töhfə verən lider kimi qəbul edilir. Bu nüfuzlu mükafat Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasətinin məntiqi nəticəsidir.Azərbaycan Prezidentininn bu ali mükafata layiq görülməsi onun uzun illərdir apardığı sülh siyasətinin, bu yolda qarşıya çıxan problemlərin humanizm prinsiplərinə sadiqliyi əsasında aradan qaldırmasında yorulmaz fəaliyyətinin nəticəsidir. Dövlətimizin başçısı Əbu-Dabidə təqdimolunma mərasımində də diqqətə çatdırdı ki, Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir. Prezident İlham Əliyev iki ölkə arasında yaradılan sülh prosesinin daha geniş region üçün də böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Azərbaycanla Ermənistan 30 ildən artıq müddətdə müharibə şəraitində olub. İndi isə artıq altı aydır ki, hər iki ölkə sülh şəraitində yaşayır. Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir.Prezident İlham Əliyev də qeyd etdi ki, Vaşinqton Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanmış, həmçinin Birgə Bəyannamə imzalanmışdır. Prezident Tramp şahid qismində həmin sənədi də imzalamış və bununla da üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyulmuşdur. Artıq Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlər aradan qaldırılmış, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başlanılıb.Bütün bunlar təsdiqləyir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sqonşular arasında sülh şəraiti yaratmaq mümkündür. Azərbaycan müharibədə qalib gəlsə də, postmüharibə dövründə sülh sazişinin imzalanması tərəfdarı olduğunu açıq şəkildə bəyan etmişdi. Vətən müharibəsində əldə olunan tarixi Qələbədən sonra Azərbaycan sülhün təşəbbüskarı kimi çıxış etdi. Bu, dünyada nadir rast gəlinən bir nümunədir. Uzun illər işğala və haqsızlığa, dünyada ikili standartlara məruz qalan bir ölkə tarixi ədaləti öz gücü hesabına bərpa etdi və qarşı tərəfə sülh əlini uzatdı. Hətta bununla əlaqədar Ermənistana müəyyən şərtlər də təklif etmişdir. Ermənistan da həmin şərtləri qəbul etdi. Azərbaycanın bu istiqamətdə nümunəsi öyrənilməli və hələ də müharibə vəziyyətində olan ölkələr üçün yol xəritəsi kimi istifadə edilməlidir. Azərbaycanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür.Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada Əbu -Dabidə baş tutmuşdur. Sülhün bərqərar olunması üçün son razılığa burada gəlindi və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirildi. Müstəqillikdən sonra biz heç zaman sülh içində yaşamamışıq. ABŞ Prezidenti Donald Tramp 2025-ci il avqustun 8-də üçtərəfli Vaşinqton sammitinin təşkil etdi və bu, Ermənistan-Azərbaycan arasında sülh sazişinin paraflanması ilə başa çatdı.Pezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi dövlətimizin başçısının növbəti böyük diplomatik uğurudur.Çingiz Qənizadə,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
demokrat.az

1Sources