EN

184 türk əsgərin məzarı dağıdılıb?

Yazını böyüt
Yazını kiçilt

İsrail ordusunun Qəzzadakı I və II Dünya müharibələrində həlak olanların qalıqlarının dəfn edildiyi qəbiristanlığın bir hissəsini dağıtdığı iddia edilir.

Hafta.az yazır ki, “The Guardian”ın tərtib etdiyi peyk görüntülərinə və şahid ifadələrinə görə, İsrail ordusu Tuffah bölgəsindəki qəbiristanlıqda sistematik dağıntılar həyata keçirib.

Bildirilir ki, məzar daşları sıra ilə götürülüb və torpaq qatı ağır texnika ilə qazılıb. İMQ-nin qəbiristanlıqda ağır texnikadan istifadə etdiyinə dair dəlillər var.

Avqust və dekabr aylarında çəkilmiş peyk görüntüləri, xüsusən də qəbiristanlığın cənub hissəsinin dağıdıldığını göstərir.

Evi yaxınlıqda olan qəbiristanlığın keçmiş gözətçisi Essam Karada deyir: "Onlar qəbiristanlıqda iki dəfə buldozer əməliyyatı aparıblar. Birincisi qəbiristanlığın ətrafındakı 12 metrlik ərazidə olub. Bu ərazi tamamilə zeytun ağacları ilə dolu idi. Daha sonra, xüsusən də Avstraliya əsgərlərinin məzarlarının yerləşdiyi ərazidə təxminən bir akr torpaq buldozerlərlə hamarlandı”.

Keçmiş gözətçi həmçinin buldozerlərin qəbiristanlığın ətrafında maneə kimi istifadə edilən qum təpələri yaratdığını söyləyib. O, bu əməliyyatların aprel və may aylarında həyata keçirildiyini bildirib.

Qəzetə göndərilən açıqlamada İsrail ordusu həmin dövrdə ərazidə şiddətli toqquşmaların olduğunu və əməliyyatların müdafiə məqsədləri üçün həyata keçirildiyini iddia edib. Həmçinin qəbiristanlığın içində və ətrafında tunellərin aşkarlandığı və onların söküldüyü iddia edilib. Bütün əməliyyatların yüksək rütbəli ordu rəsmiləri tərəfindən təsdiqləndiyi bildirilib.

Birlik Müharibə Məzarları Komissiyası (CWGC) və Həmas tərəfindən birgə nəzarət edilən Qəzza Müharibəsi Qəbiristanlığında I və II Dünya Müharibələrində həlak olan əsgərlərin qalıqları var. 3 mindən çox Britaniya əsgərinin məzarının yerləşdiyi qəbiristanlıqda I Dünya Müharibəsində həyatını itirən 184 türk əsgərin də qəbirləri yerləşir.

Məlumat üçün bildirək ki, Britaniya ordusu (BOİK) qəbiristanlığın vəziyyəti ilə bağlı son açıqlamasını dekabrın 11-də yayıb. Bildirilib ki, Qəzza müharibəsindəki döyüşlər nəticəsində türk əsgərlərin, eləcə də Qallipoli və Yaxın Şərqdə döyüşən Britaniya Ordusunun 54-cü (Şərqi İngiltərə) Piyada Diviziyasının döyüşçülərinin və hind əsgərlərin qalıqlarının olduğu ərazilərə ziyan dəyib.

Chosen
13
hafta.az

1Sources