EN

Mask dövlət borcundan xilas olmağın yolunu göstərib

AzVision.az xəbər verir ki, amerikalı sahibkar, dünyanın ən varlı adamı İlon Mask belə iddia irəli sürüb.

“Bəlkə də biz ABŞ-nin müflisləşməsinin başlanğıcını ləngidə bilərik və problemi həll etmək üçün süni intellekt və robot texnikasının tətbiqi üçün kifayət qədər vaxt uda bilərik. Bu, milli borc məsələsini həll etməyin yeganə yoludur”,- milyarder blogerlər Dvarkeş Patelə və Con Kollisona müsahibəsində deyib.

Sahibkar ABŞ-nin dövlət borcu üzrə faiz ödənişlərinin ölkənin hərbi büdcəsini üstələdiyinə diqqət çəkib.

- Təkcə bir trilyon dollardan çox vəsait faizlərin ödənişinə gedir. Süni intellekt və robotlardan istifadə etməsəydik, biz çox çətin vəziyyətdə olardıq, çünki milli borc çılğın sürətlə böyüyür”,- İlon Mask vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Chosen
16
1
azvision.az

2Sources