Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ən çox azarkeş qeydə alındığı matçı bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, tamaşaçılar “Qarabağ”ın oyununa daha çox maraq göstərib. Belə ki, səfərdəki “Şamaxı” matçında (1:2) tribunalarda 1200 azarkeş qeydə alınıb.
Digər oyunlardakı tamaşaçı sayı belə olub:
“Sumqayıt” – “Zirə” matçında (0:0) 400
“Sabah” – “Qəbələ” (0:0) 300
“Turan Tovuz” – “Kəpəz” (1:0) 300
Qeyd edək ki, 1/4 finalın cavab oyunları martın əvvəlində keçiriləcək.