EN

“İdrak” haqqında nə məlumdur?

Bu gün Bakıda baş verən silahlı insident “İdrak” liseyini diqqət mərkəzinə gətirib.

“Yeni Sabah” xəbər verir ki, 10-cu sinif şagirdinin xanım müəllimi odlu silahla yaraladığı lisey 2011-ci ildən fəaliyyət göstərir və Bakı ilə yanaşı, onun Sumqayıtda filialları var. 

"İdrak"da orta və yuxarı sinif şagirdlərinə milli və beynəlxalq standartlara uyğun təhsil verilir, ingilis, habelə digər xarici dillər, riyaziyyat, texnologiya və təbiət fənlərini tədris edilir. Liseydə tədris layihə əsaslı, interaktiv və fərdi yanaşma ilə aparılır.

Təhsil müəssisəsinin saytında qeyd olunur: "Liseyin müəllim heyəti yüksək ixtisaslı, beynəlxalq təcrübəyə malik mütəxəssislərdən ibarətdir. Şagirdlər respublika və beynəlxalq olimpiadalar, elmi müsabiqələr, idman yarışları və yaradıcı festivallarda iştirak edir, məzunlar nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunur. Lisey, həmçinin sosial layihələr, xeyriyyə aksiyaları və təqaüd proqramları ilə şagirdlərin inkişafını dəstəkləyir".

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
79
yenisabah.az

1Sources