EN

Danışıqların növbəti mərhələsi ABŞ də keçirilə bilər Zelenski açıqladı

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların növbəti mərhələsi ABŞ-də keçirilə bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

O, Əbu-Dabidə keçirilən son üçtərəfli danışıqları şərh edərək, Ukrayna heyətinin Kiyevə hesabat verməsini gözlədiyini bildirib.

“Ancaq hələlik bunu deyə bilərik ki, yaxın gələcəkdə növbəti görüşlərin keçirilməsi planlaşdırılır. Çox güman ki, bu dəfə Amerikada”, - deyə o, qeyd edib.

Qeyd edək ki, üçtərəfli təhlükəsizlik məsləhətləşmələrinin birinci raundu 23-24 yanvar tarixlərində Əbu-Dabidə keçirilib.

İkinci raund isə yenə Əbu-Dabidə 4-5 fevral tarixlərində baş tutub.

Rusiya danışıqlar qrupuna Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov, Ukrayna danışıqlar qrupuna Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
yeniavaz.com

1Sources