EN

Azərbaycan nümayəndə heyəti EMİTT 2026 çərçivəsində VİP Hosted Buyer B2B tədbirində uğurla təmsil olunub

İstanbulda keçirilən dünyanın aparıcı turizm sərgilərindən biri olan EMİTT 2026 Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Skal International Baku Club üzvləri TRAVELSHOP Turkey şirkətinin təşkilatçılığı ilə baş tutan VİP Hosted Buyer B2B tədbirində geniş nümayəndə heyəti ilə iştirak ediblər.

Tədbir zamanı Azərbaycan nümayəndə heyəti beynəlxalq turizm bazarının aparıcı iştirakçıları, turizm agentlikləri, tur operatorları, otel şəbəkələri, eləcə də səhiyyə və wellness turizmi üzrə ixtisaslaşmış şirkətlərlə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanın sağlamlıq, termal, tibbi və wellness turizmi sahəsindəki potensialı, mövcud infrastruktur imkanları və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

VİP Hosted Buyer B2B formatı Azərbaycanın turizm brendinin beynəlxalq platformalarda daha səmərəli tanıdılmasına, yeni tərəfdaşlıqların qurulmasına və konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına mühüm töhfə verib. Tədbir iştirakçıları Azərbaycanı sağlamlıq və termal turizm sahəsində regionun perspektivli istiqamətlərindən biri kimi dəyərləndiriblər.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Skal International Baku Club rəhbərliyi bu cür beynəlxalq tədbirlərdə fəal iştirakı ölkənin turizm strategiyasının vacib tərkib hissəsi kimi qiymətləndirib və gələcəkdə də beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, EMİTT 2026 sərgisi çərçivəsində əldə olunan bu nəticələr Azərbaycanın turizm sektorunun beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

Chosen
11
moderator.az

1Sources