EN

ABŞ vətəndaşlarına İranı tərk etmək tövsiyə olundu

ABŞ-ın İrandakı Səfirliyi mövcud məhdudiyyətlərlə əlaqədar Amerika vətəndaşlarına İranı tərk etməyi tövsiyə edib.

Editor.az xəbər verir ki, İranda baş verən etiraz aksiyaları səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib, yollar bağlanıb, ictimai nəqliyyatın fəaliyyəti pozulub və internetə çıxış məhdudlaşdırılıb. Diplomatik missiyanın məlumatına görə, hökumət mobil rabitə, stasionar telefon xətləri və milli internet xidmətlərinə çıxışı məhdudlaşdırmaqda davam edir, hava yolları şirkətləri isə bir sıra reysləri ləğv edir.

Səfirlik ABŞ vətəndaşlarına alternativ kommunikasiya vasitələrini araşdırmağı, həmçinin quru yolu ilə Ermənistan və ya Türkiyəyə keçmə imkanlarını nəzərdən keçirməyi tövsiyə edib.

//Gülnarə Abasova, Editor.az

Chosen
3
editor.az

1Sources