EN

Bakı-Ağdam qatarına bilet və işğaldan azad olunmuş ərazilərəAVTOMATİK 7 GÜNLÜK SƏFƏR İCAZƏSİ

Bakı-Ağdam istiqamətinə bilet alan sərnişinlər işğaldan azad olunmuş ərazilərə 7 günlük giriş icazəsini avtomatik əldə edirlər.

 

Senzor.az bildirir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən  (ADY) məlumat verilib.

 

Qeyd olunub ki, səfər zamanı bilet rəsmiləşdirildikdə, Daxili İşlər Nazirliyinin elektron portalından icazə avtomatik təqdim olunur. Sərnişinlər səfər günündən bir həftə sonra, yəni növbəti şənbə günü Ağdamdan Bakıya qatarla rahat şəkildə geri qayıda bilərlər.

 

Biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək olar.






Chosen
11
2
senzor.az

10Sources