Bu barədə ABŞ-nin İrandakı səfirliyiməlumatyayıb. Bildirilib ki, vətəndaşlar hətta yalnız ABŞ pasportu gəzdirdikləri üçün saxlanıla bilərlər. Səfirlik həmçinin diqqətə çatdırıb ki, İranda mümkün internet problemi, habelə uçuşların ləğvi də mümkündür.
Səfirliyin məlumatına əsasən, ABŞ hökuməti öz vətəndaşları üçün İrandan çıxış yolları kimi əsasən Ermənistan və ya Türkiyədən keçən quru yollarını göstərib.
Xatırladaq ki, İranda dekabrın 28-də başlamış etiraz aksiyaları fonunda Tehran və Vaşinqtonun münasibətləri daha da gərginləşib. Keçən ay ABŞ Yaxın Şərqə təyyarədaşıyan zərbə qrupu göndərib. Vəziyyətin həlli naminə aparılası danışıqlar indiyədək iflasa uğrayıb.
Firudin Həmidli
AzVision.az