ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.
ABŞ-nin Florida ştatının Doral şəhərində Donald Trampın nəhəng heykəli ucaldılacaq.
Axşam.az xəbər verir ki, təxminən 4,5 metr hündürlüyündə olan heykəl bürüncdən hazırlanıb və qızılla örtülüb. Abidə 6 metrlik postament üzərində, “Trump National Doral” qolf kurortunun ərazisində yerləşdiriləcək.
Heykəlin müəllifi Alan Kottreldir. O, bu əsəri "$PATRIOT" adlı memkoini tanıdan kriptoinvestorların sifarişi ilə hazırlayıb.
Hazırda heykəl Ohayo ştatındakı zavodda saxlanılır. Kottrell vəd edilən 150 min dollardan yalnız 60 min dollar aldığını bildirir və kriptoinvestorların heykəlin görüntüsünü icazəsi olmadan memkoinin reklamında istifadə etdiyini iddia edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.