EN

“ABŞ və Rusiyanın yeni bir razılaşmaya ehtiyacı var” − Tramp


ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsini (START) uzatmaq əvəzinə, bununla bağlı təkmilləşdirilmiş müqavilə hazırlanmalıdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında məlumat yayıb.
“START-ı uzatmaq əvəzinə, nüvə mütəxəssislərimizə uzunmüddətli olacaq yeni, təkmilləşdirilmiş və modernləşdirilmiş müqavilə hazırlamağı tapşırmalıyıq”, - ölkə başçısı yazıb.
“Axios” mənbələri iddia edir ki, Rusiya və ABŞ START-ın altı ay müddətinə faktiki olaraq uzadılması ilə bağlı razılığa yaxındırlar, lakin onu rəsmiləşdirməyəcəklər.
“Biz Rusiya ilə vicdanla hərəkət etmək və sistemin modernləşdirilməsi yollarını müzakirə etməyə başlamaq barədə razılığa gəldik”, - nəşrin mənbələrindən biri bildirib.
Həmçinin qeyd edilib ki, bu planın hələ də hər iki ölkənin prezidentləri tərəfindən təsdiqlənməsi lazımdır.
Qeyd edək ki, START III Rusiya və ABŞ arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında müqavilədir. Onun müddəti 5 fevralda bitir. Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin müqavilənin rəsmi olaraq daha bir il uzadılmasını təklif etmişdi.
Chosen
15
2
yeniavaz.com

3Sources