Tanınmış hərbi bloger Tofiq Şahmuradov Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət edib.
KONKRET.az xəbər verir ki, o bildirib ki, 5 fevral 2026-cı il tarixində yaşadığı evin ətrafında 3 müxtəlif saatda tanımadığım şəxslər evin ətrafında nələrsə basdırıblar.
“Saat 19:07 də 77-TC-802 nömrəli maşınla gələn 3 nəfər şəxs orda qazıntı aparıb çıxarıblar. Evin ətrafında olan təhlükəsizlik kameralarına şəxslərin şübhəli hərəkətləri düşüb. Kamerada görüntüləri görən kimi, Daxili işlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etdim, polislərimiz hadisəyə operativ reaksiya göstərərək hadisə yerinə gəlib baxış keçirdilər. Cənab nazir sizdən xahiş edirəm məsələnin ətraflı araşdırılması, şübhəlilərin nə məqsədlə evimin ətrafında bu işləri gördüyünü aydınlaşdırmaq, günahkarların cəzalandırılması barədə göstəriş verəsiniz” – Tofiq Şahmuradov yazıb.\\”Yeni Sabah”
