EN

Abbas Əraqçi Almaniya kansleri Fridrix Merzi “iyrənc xarakterli adam” adlandırdı

Almaniya kansleri Fridrix Merz bu yaxınlarda bildirib ki, əgər İran daxili siyasi böhrana son qoymasa və nüvə proqramı üzərində işləməyə davam edərsə, Almaniya Tehrana təzyiqi artırmağa, o cümlədən mümkün sanksiyaları tətbiq etməyə hazırdır.

Bu açıqlamalara cavab olaraq, İranın xarici işlər naziri Abbas Əraqçi sosial mediada sərt bir mesaj paylaşaraq Merzi “siyasi cəhətdən sadəlövh” və “iyrənc xarakterli” bir adam adlandırıb. Əraqçi yazıb ki, “siyasi sadəlövhlük iyrənc xarakterlə birləşərək beynəlxalq siyasət üçün təhlükəli bir qarışıqdır”.

Xarici işlər naziri həmçinin qeyd edib ki, İran “Berlinin hazırkı kursundan məyusdur” və Tehranın əvvəllər Almaniya ilə daha praqmatik və hörmətli münasibətlərə ümid etdiyini xatırladıb. O bildirib ki, Almaniya “Avropada tərəqqi mühərrikindən” “reqressiya mühərrikinə” çevrilib.

//Samir Qurbanov, Editor.az

Chosen
30
editor.az

1Sources