EN

Bir ayda 200-dən çox şəxs adını dəyişdirdi

Bu ilin yanvar ayı ərzində 216 şəxsin soyadının, adının və ya ata adının dəyişdirilməsi qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Teleqraf-a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan 45-i kişi, qalanları qadındır.

Qeyd olunub ki, adlar, soyadlar daha çox vətəndaşın istəyi ilə, o cümlədən nikahdan əvvəlki soyada qayıtmaq, yaxud ərlə (arvadla) eyni soyadı daşımaq arzusundan dəyişdirilib.

Chosen
14
3
buta.tv

4Sources