ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Ukrayna Prezidenti Volodimir Zelenski yerli hakimiyyət orqanlarına növbəti istilik mövsümündə enerji sektorunda yarana biləcək fasilələrə hazırlıq görməyi əmr edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal Teleqram kanalında məlumat verib.
Nazirin sözlərinə görə, dövlət başçısı yerli idarələrə istilik mövsümü başlamazdan əvvəl enerji infrastrukturunun qorunması ilə bağlı ətraflı planlar hazırlamağı tapşırıb.
Bildirilib ki, sözügedən planlar sentyabrın 1-dək hazır olmalıdır.
Xatırladaq ki, daha əvvəl Ukrayna Bərpa Olunan Enerji Assosiasiyasının rəhbəri Stanislav İqnatyev Rusiyanın Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbələrin nəticələri barədə açıqlama vermişdi. Onun sözlərinə görə, Kiyevdə yerləşən iki istilik-elektrik stansiyası ciddi ziyan görüb.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.