Qol.az saytına istinadən ain.az xəbər verir.
Klub qaydaları pozdu, hesabından 6 xal silindi
İngiltərə Çempionşipində çıxış edən "Lester Siti" klubu ciddi sanksiya ilə üzləşib.
QOL.az xəbər verir ki, Futbol Liqasının qərarına əsasən, 2023/2024 mövsümündə maliyyə qaydalarını (mənfəət və davamlılıq prinsipləri) pozduğu üçün klubun aktivindən 6 xal silinib.
Klubun mətbuat xidməti məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, "Lester Siti" komissiyanın qərarını təəssüflə qarşılayır və gələcək addımları barədə düşünmək üçün vaxtdan istifadə edəcək.
Qeyd edək ki, bu cəzadan sonra "Lester Siti" turnir cədvəlində geriləyərək 20-ci pillədə qərarlaşıb. Hazırda komandanın aktivində 32 xal var.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.