EN

Əbu-Dabidən xəbər var: mühüm bir məsələdə razılığa gəliblər

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff bu gün Əbu-Dabidə (BƏƏ) keçirilən üçtərəfli danışıqlarda ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətlərinin 314 məhbusun mübadiləsi barədə razılığa gəldiyini açıqlayıb.

O, bunu 5 fevralda X sosial media platformasında paylaşıb. Vitkoff qeyd edib ki, bu mübadilə beş aydan sonra bir ilk olacaq. Razılaşma “ətraflı və məhsuldar sülh danışıqları sayəsində” əldə edilib. “Çox iş qalsa da, bu addımlar davam edən diplomatik səylərin konkret nəticələr verdiyini və Ukraynadakı müharibənin bitməsinə töhfə verdiyini göstərir.

Müzakirələr davam edəcək və qarşıdakı həftələrdə daha da irəliləyiş gözlənilir”, – deyə Trampın xüsusi nümayəndəsi yazıb. O, həmçinin bu danışıqlara ev sahibliyi etdiyinə görə BƏƏ-yə və Trampa “bu razılaşmanın mümkün olmasında liderliyinə” görə təşəkkür edib.

//Samir Qurbanov, Editor.az

Chosen
32
editor.az

1Sources