EN

Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan həqiqətən yaxşı liderlərdir - Tramp

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziriNikol Paşinyan həqiqətən yaxşı liderlərdir.

Trend-inməlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Amerika lideri bir sıra beynəlxalq münaqişələrin nizamlanmasındaöz rolunu yenidən xatırladıb.

“Mən Kamboca ilə Tailand, Kosovo ilə Serbiya, Pakistan iləHindistan, İsrail ilə İran, Ermənistan ilə Azərbaycan arasında başverən şiddətli müharibələrə son qoydum”, – deyə ABŞ Prezidentibildirib.

Ötən ilin 8 avqustunda keçirilmiş Vaşinqton sammitininnəticələrindən danışan Tramp vurğulayıb ki, Azərbaycan vəErmənistan liderləri “hər şeyi tez bir zamanda yoluna qoymağa nailoldular”.

Qeyd edək ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda ABŞPrezidenti Donald Trampla keçirilən üçtərəfli görüşün yekunlarınaəsasən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın başnaziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təminedilməsi və Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan MuxtarRespublikası arasında nəqliyyat əlaqəsinin qurulmasına dair birgəbəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifah naminəTramp Marşrutu” adını alıb.

Chosen
70
4
az.trend.az

5Sources