EN

Gəncədə yol-nəqliyyat hadisəsi - xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Hərəkətdə olan VAZ 2107 markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 2003-cü il təvəllüdlü E.Əliyev və 2002-ci il təvəllüdlü T.Zeynalov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Chosen
39
5
olke.az

10Sources