EN

Xaricdən gətirilən telefonlarla bağlı qaydalar dəyişib VİDEO

Bakı, 5 fevral, AZƏRTAC

Artıq bir il ərzində ölkəyə gömrük rüsumundan azad olmaqla bir ədəd mobil telefon gətirmək mümkün olacaq.

Dövlət Gömrük Komitəsi gömrük rüsumlarına tətbiq edilən güzəştlərlə bağlı qaydalara dəyişiklik edib. Əvvəlki qaydalara əsasən, bir təqvim ayı ərzində gömrük rüsumundan azad olmaqla bir ədəd mobil telefonun ölkəyə gətirilməsinə icazə verilirdi. Beləliklə, şəxsi istifadə üçün ölkəyə gətirilən mobil telefonun dəyəri 800 ABŞ dollarını aşarsa, məsələn, 1000 dollar olarsa, bu zaman 800 dollar məbləği çıxılmaqla, qalan 200 dollar üçün gömrük rüsumu ödəniləcək.

Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.

Chosen
29
3
azertag.az

4Sources