EN

Davos Forumunun təşkilatçıları məni dəvət etdiklərinə görə peşmandırlar -Tramp

ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunun (DİF) təşkilatçılarının onu tədbirə dəvət etdiklərinə görə peşman olduqlarını düşündüyünü bildirib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda keçirilən Milli Dua Səhər yeməyində çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Davosa dəvət olunub və forumda iştirak edib, lakin sonradan təşkilatçılar bu dəvəti “ən axmaq addımlarından biri” kimi qiymətləndiriblər. ABŞ prezidenti bunu forumda yanvarın sonunda Avropanı sərt tənqid etməsi ilə izah edib. “Amma onlar məni dəvət etməli idilər. Mən sadəcə hər şeyi olduğu kimi dedim”, – deyə Tramp əlavə edib.

Eyni zamanda Tramp Avropanın “özünü məhv etdiyini” bir daha vurğulayıb. Onun fikrincə, Avropa ölkələri ağıllı davranmalıdır. “Onların böyük problemləri var – miqrasiya və energetika”, – deyə ABŞ prezidenti bildirib. Trampın sözlərinə görə, “Avropanı artıq tanımaq mümkün deyil”. O, Avropanın enerji siyasətini gülünc adlandırıb və əlavə edib ki, bir çox ölkələrdə miqrasiya səbəbindən vəziyyət köklü şəkildə dəyişib.

Qeyd edək ki, Donald Tramp daha əvvəl də Avropanı külək elektrik stansiyalarına üstünlük verməsinə və bərpa olunan enerji mənbələrinə keçid siyasətinə görə dəfələrlə tənqid edib.

Xədicə BAXIŞLI

Chosen
10
2
redaktor.az

3Sources