EN

“Qalatasaray” “Bavariya”nın futbolçusunu icarəyə götürdü

BAKI, 5 fevral. TELEQRAF

Türkiyənin “Qalatasaray” klubu Saşa Boeyin keçidini açıqlayıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı müdafiəçini Almaniyanın “Bavariya” komandasından cari mövsümün sonunadək icarəyə götürüb.

Razılaşmaya əsasən, “Qalatasaray” Bundesliqa təmsilçisinə 500 min avro icarə haqqı ödəyəcək, futbolçuya isə mövsümün qalan hissəsi üçün 1 milyon 750 min avro maaş veriləcək. Anlaşmada məcburi olmayan satınalma şərtidə nəzərdə tutulub.

Qeyd edək ki, Saşa Boey 2024-cü ilin yanvarında 30 milyon avro qarşılığında “Qalatasaray”dan “Bavariya”ya keçib. O, cari mövsüm ərzində Münhen klubunun heyətində 15 oyunda iştirak edib.

Chosen
58
teleqraf.com

1Sources