EN

"Real"ın bəyənməyib göndərdiyi futbolçu heyran edir

"Real Madrid"in icarə əsasında Fransanın "Lion" klubuna göndərdiyi Endrik uğurlu oyun nümayiş etdirir. Metbuat.az xəbər verir ki, braziliyalı futbolçu “Lion”un heyətində 5 dəfə fərqlənib, 1 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Endrik “Real”ın əsas heyətinə düşə bilmirdi. Ehtiyatda qalan futbolçu, Mbappe və Gonzalo Qarsiadan sonra 3-cü hücumçu kimi çıxış edirdi.

Chosen
37
1
metbuat.az

2Sources