EN

“Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu”nda təlimlər və panellər keçirilib (FOTO)

Bakı. Trend:

Məlumat verdiyimiz kimi, Türkiyə Respublikasının İstanbulşəhərində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan“Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu”keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatagörə, forum çərçivəsində diaspor gənclərinin təşkilatlanması,liderlik bacarıqlarının artırılması və beynəlxalq platformalardafəallığının gücləndirilməsi məqsədilə panel müzakirələri və silsilətəlimlər təşkil olunub.

Bildirilib ki, motivasiya və liderlik üzrə təlimçi Marziye İlhan“Müasir diaspor gəncliyi: təşkilatlanma, şəbəkələşmə və liderlik”mövzusunda diaspor təşkilatlarının rolu, gənclərin koordinasiyası,regionlar və ölkələr üzrə fəaliyyət modelləri barədə ətraflıməlumat verib.

“Siyasi Texnologiyalar Mərkəzi” İctimai Birliyinin rəhbəri VəliƏlibəyov “Diaspor və lobbiçilik” və “Diaspor gənclərinin media vərəqəmsal aktivliyi” mövzularında təlimlər keçib, “Azərbaycanınxarici siyasəti: Gənclərin ictimai diplomatiyada iştirakı”mövzusunda gənclərlə panel müzakirəsi aparıb. Təlimlərdə diasporuntəsir alətləri, effektiv lobbiçiliyin şərtləri, media ilə iş,sosial şəbəkələrdə koordinasiya və dezinformasiyaya qarşı mübarizəyolları barədə gənclər bilgiləndirilib, müxtəlif praktik modellərüzrə tapşırıqlar həll edilib. Paneldə isə diaspor gənclərininbeynəlxalq təmsilçilikdə rolu, dövlət–diaspor–gənclər modeli vəmilli maraqların müdafiəsinə gənclərin töhfəsi kimi məsələlərbarədə fikir mübadiləsi olub, bir sıra tövsiyələrsəsləndirilib.

Türkiyənin Qars Qafqaz Universitetinin professoru Dr. İlkinQulusoy diaspor gəncləri ilə “Azərbaycan dilinin qorunması vətəbliği” mövzusunda fikir mübadiləsi aparıb. O, dilin millikimliyin əsas sütunlarından biri olduğunu vurğulayıb, rəqəmsalplatformalar vasitəsilə qorunub saxlanmasının vacibliyindəndanışıb. Eyni zamanda xaricdə Azərbaycan dili kurslarınıntəşkilindən bəhs edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şahin CamalovAzərbaycan Diaspor Gənclərinin (ADG) yeni koordinatorlarını forumiştirakçılarına təqdim edib, ADG haqqında geniş məlumat verib.Bundan başqa, “Gələcək əməkdaşlıq imkanları və ortaq layihələr”panelindəki çıxışında diaspor gəncləri ilə dövlət qurumlarıarasında davamlı əməkdaşlığın perspektivlərini diqqətəçatdırıb.

Zəngin proqramla keçən forumun sonunda Azərbaycan DiasporGənclərinin (ADG) 2026-2028-ci illər üzrə Fəaliyyət Planı qəbulolunub.

“Azərbaycan
“Azərbaycan
“Azərbaycan
“Azərbaycan
“Azərbaycan
“Azərbaycan
“Azərbaycan
“Azərbaycan
“Azərbaycan
Chosen
36
5
az.trend.az

6Sources